“Neftçi”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HJK komandasına qarşı keçirəcəyi cavab oyununun təyinatları açıqlanıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Deniz Aytekin olacaq. Ona yan xətt hakimləri Kristian Ditz və Markus Zinn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.
“Neftçi”nin HJK ilə cavab matçı avqustun 12-də Finlandiyada keçiriləcək. Komandalar arasındakı ilk oyun avqustun 3-də, Bakıda baş tutacaq.


