“Neftçi”nin iki futbolçusuna bir oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Keşlə-2” – “Zaqatala” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda “Neftçi”nin futbolçusu Nazim Məmmədzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib. “Neftçi”nin digər futbolçusu Əmrah Bayramov da qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib. “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.