İspaniyada “Neqreyra işi”nə dair qalmaqalın miqyası böyüməkdə davam edir, çirkin mənzərədə tərəflər idmana yaraşmayan rolda çıxış edirlər.
Arena.az “El Mundo” nəşrinə istinadən məlumat verir ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti, uzun illər adı çəkilən qurumda çalışmış Xose Neqreyra, “Barselona”nın rəsmən rüşvətxorluqda ittiham edildiyi çirkin işdən yaxasını kənara çəkmək istəyir.
Neqreyra bu məqsədlə məhkəməyə müraciət edərək, psixi sağlamlıq vəziyyətini əsas gətirməklə özünün bu işdə iştirakını istisna etməyi xahiş edib. Belə ki, Xose Neqreyranın Barselona İstintaq Məhkəməsinə mütərəqqi koqnitiv ağıldankəmlik səbəbi ilə cinayət işində ifadə verə bilməyəcəyini göstərən psixiatrik hesabat təqdim etdiyi bildirilir. Vurğulanır ki, Neqreyra hələ bir neçə ay əvvəl artıq Barselona prokurorluğunun nəzdindəki məhkəmə polis bölməsinə özünün psixiatriya hesabatını təqdim edib. Kütləvi informasiya vasitələrində bu çirkin hadisəyə etirazını bildirən dərgilər, göründüyü kimi, hərif işini möhkəm tutub, nöqteyi-nəzərindən çıxış ediblər.
Bu arada sabiq polis komissarı Xose Manuel Vilyarexo tərəfindən, hakimləri rüşvətlə ələ almaqda ittiham edilmiş, “Real” prezidenti məşhur Florentino Peres ittihamçı tərəfi məhkəməyə çəkir. “Real” bu barədə rəsmi bəyanatla çıxış edib:
“Real” Futbol Klubunun prezidenti Florentino Peres, Kataloniya radiostansiyasında səsləndirilmiş saxta ittihamlara görə keçmiş komissar Vilyarexoya qarşı dərhal məhkəməyə müraciət edilməsini haqda tədbir görüb”.
La Liqanın prezidenti Xavyer Tebas da “Real”ın prezidenti Florentino Peresi hakimlərə rüşvət verməkdə ittiham etmiş sabiq polis komissarı Xose Manuel Vilyarexonun sözlərini cavablayaraq, Peresin müdafiəsinə qalxıb:
“O, iki şey dedi: Florentino hakimləri rüşvətlə ələ alıb, həmçinin o, toxunulmazdır. Birincisi, onun buna sübutu varmı? Bu, çox şey haqda deyəcək. Vilyarexonun taktikası heyrətləndirici və mühakiməediləsidir. İkincisi, Peresin toxunulmaz olduğunu söylədi. Mən buna inanıram. Məsələ, Vilyarexo dediyi mənada deyil, bu ölkədə ictimai rəy belə düşünür. Mən də belə hesab edirəm. Rubalkaba* Florentino ilə çox mehriban dost idi, yerdə qalanlar isə məni qane edir”, deyə Tebas bildirib.
*Alfredo Peres Rubalkaba – ispan siyasətçi, 2019-cu ildə vəfat edib, Peresin yaxşı dostu olub.


