İspaniya Kral Futbol Federasiyası (RFEF) Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra qəzavü-qədərə tuş gəlib.
Arena.az “Mundo Deportivo”ya istinadən məlumat verir ki, Neqreyra Kataloniya Məhkəmə Tibb İnstitutunun binası yaxınlığında yolda yıxılıb.
Neqreyra Məhkəmə Tibb İnstitutuna yaşla bağlı demensiyasının olub-olmadığını müəyyən etmək üçün müayinə keçməyə yollanırmış.
Vurğulanır ki, Neqreyranın nümayəndələri əvvəllər onun demensiyasına görə, uzun illər “Barselona”dan rüşvət almaqda ittiham olunduğu cinayət işinin baxılmasında iştirak edə bilməyəcəyini bildiriblər. Bu açıqlamaya cavab olaraq Barselonanın 1 saylı İstintaq Məhkəməsinin rəhbəri Xoakin Agirre sabiq məmurun əlavə tibbi müayinədən keçməli olduğuna dair qərar verib. Həyat yoldaşı və vəkili ilə müvafiq müayinəyə gedərkən Neqreyra büdrəyərək yerə yıxılıb. Bundan sonra o, ayağa qalxıb və Məhkəmə Tibb İnstitutunun binasına doğru getməyə davam edə bilib.
Xatırladaq ki, “Neqreyra” işi ilə bağlı ittihamların sübuta yetiriləcəyi halda çox “papaqların boş qalacağı” təxmin edilir. “Barselona”nın isə klub olaraq fəaliyyətinə xitam verilə bilər.


