PSJ-nin braziliyalı hücumçusu Neymar komandasının Fransa çempionluğunu qazanması münasibətilə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, ulduz futbolçu özünün sosial şəbəkə hesabında fikrini konkret ifadə etsə də, bu sözləri ikibaşlı səslənib:
“Fransada nömrə bir” – Neymar məhz belə ifadə işlədib.
Xatırladaq ki, hazırda ulduz futbolçu zədəsini sağaltmaqla məşğuldur.
Braziliyalı 2017-ci ildən parislilərin heyətindədir. Neymarın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Cari mövsümdə hücumçu 29 oyunda PSJ-nin şərəfini qoruyub. O, 18 qol, 17 məhsuldar ötürmə ilə fərqlənib.
PSJ 11-ci dəfə Fransa çempionluğunu qazanmaqla milli rekorda imza atıb.