Neymar: “Lyuis Hemiltonu sevirəm”

Fransanın PSJ klubunun braziliyalı ulduz hücumçusu Neymar özünün Formula 1 Monako qran-prisinə səfərini şərh edib.

Arena.az “Sky Sports”a istinadən Neymarın sözlərini diqqətinizə çatdırır:

“Mən Formula-1-i sevirəm və hamıdan çox mən böyük dostum olan Luis Hamiltonu sevirəm. Odur ki, mən sonra da “Red Bull”u dəstəkləyəcəyəm və dostuma azarkeşlik edəcəyəm”.

Xatırladaq ki, PSJ rəhbərliyi ulduz hücumçusunun Liqa 1 çərçivəsində “Strasburq”la səfər oyununa (1:1) getmək əvəzinə Monako qran-prisinə yollanmasını təxribat kimi qiymətləndirmişdi.

Neymar xeyli müddətdir zədə səbəbindən komandasına kömək edə bilmir.