Neymar: “Messi, səni sevirəm”

PSJ-nin braziliyalı hücumçusu Neymar argentinalı ulduz hücumçu Lionel Messinin bu komandadan ayrılmasına münasibət bildirib.

Arena.az xəbr verir ki, Neymar sosial şəbəkə hesabındakı paylaşımında bu sözləri qeyd edib:

“Qardaş… Hər şey düşündüyümüz kimi olmadı. Amma əlimizdən gələni etməyə çalışdıq. Bu iki ili səninlə bölüşmək çox xoş idi. Yeni mərhələdə uğurlar və xoşbəxt ol! Səni sevirəm!”

Xatırladaq ki, Messi 2021-ci ildə azad agent kimi PSJ-yə keçib.
Messi cari mövsümdə PSJ-nin heyətində 41 oyuna çıxıb, 21 qol vurub və 20 məhsuldar ötürmə edib.

Hazırda argentinalı ulduzu transfer etmək ünün Səudiyyə Ərəbistanından, İngiltərə Premyer Liqasından və MLS-dən klublar mübarizəyə girişiblər. Messi isə “Barselona”ya qayıtmaq istəyindədir. Kataloniya təmsilçisi bu mübarizədə maliyyə imkanlarının zəifliyi ilə diqqət çəksə də, klub Messini heyətinə qatmaq üçün xüsusi strateji həllər işləyib hazırlayır.