“Əl-Əhli”nin braziliyalı ulduz hücumçusu Neymar aldığı ciddi zədədən bərpa mərhələsində keçirdiyi duyğularını ifadə edib.
Arena.az məlumat verir ki, “Ney” bu barədə özünün sosial şəbəkə hesabı üzərindən yazı paylaşıb və acı etirafını qələmə alıb:
“Bu bərpa günləri ağır olur, bəzən elə günlər olur ki, mən təslim olmaq istəyirəm”, deyə braziliyalı hücumçu futboldan getməyi düşündüyünü etiraf edib.
Neymarın bu etirafını qələmə aldığı dərci qısa müddətdə futbolçuya çoxsaylı dəstək ismarışları ilə qarşılanıb.
İsmarışlarda braziliyalı ulduza mənəvi dəstək, tam bərpa olub yaşıl meydanada azarkeşləri sevindirmək çağırışlı məzmun yer alıb.
Daha əvvəl, “Əl-Hilal” Neymarın zədədən sağaldığını, bərpa mərhələsinin sonunda olduğunu və növbəti mövsümdə futbola qayıdacağı bəyan etmişdi.
Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi. Hazırda braziliyalı ulduz zədəsini sağaldaraq, sıraya dönüb.
Neymar “Santos”un yetirməsidir. Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.