Futbol üzrə Braziliya millisinin oyunçuları Neymar, Vinisius Junior və Riçarlison qadınları dəvət etdikləri ziyafət təşkil ediblər.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, səhər saatlarında qadınların komandanın yerləşdiyi oteli tərk etdiyi bildirilir.
Mənbənin məlumatına görə, Neymar Rebekka Ribeyro, Vinisius Letisiya Sogiro, Riçarlison isə Rita Lopeslə qalıb.
Məlumatın dərcindən sonra Ribeyro məhkəməyə müraciət etməyə hazır olduğunu bildirib. Sogiro və Lopes hələlik bu barədə açıqlama verməyiblər.
Axşam məclisi Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Venesuela yığması ilə oyunundan əvvəl baş tutub.
Xatırladaq ki, DÇ-2026-nın CONMEBOL zonası təsnifat mərhələsinin 3-cü turu çərçivəsində keçirilmiş Braziliya – Venesuela oyununda (1:1), qonaqlar gözlənilmədən “selesao”dan bir xal qopara biliblər.
Hazırda Braziliya millisi seçmə mərhələnin turnir cədvəlində 7 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 9 xalla Argentina liderlik edir.



