Neymarın bacısı dövlət çevrilişinə cəhddə şübhəli bilinir

Əfsanəvi sabiq futbolçu Rivaldonun və “Əl-Hilal”ın ulduzu Neymarın bacısı Rafaella Santosun Braziliyada dövlət çevrilişinə cəhddə əli olub.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Braziliyada prezident Lula da Silvanın qələbəsindən sonra baş vermiş iğtişaşlarda və dövlət çevrilişi cəhdlərində braziliyalı sabiq futbolçu Rivaldo və Neymarın bacısı Rafaella Santos da iştirak ediblər.

Prokurorluq onları dövlət çevrilişinə cəhdləri maliyyələşdirməkdə ittiham edib. Xatırladaq ki, iğtişaşlara Lula da Silvanın hazırda sabiq prezident Jair Bolsonaru üzərində qələbəsi səbəb olub. Rivaldo və Raffaella Santos indi, yanvarın 8-də Lula da Silvanın seçkilərdən sonra Braziliya prezidenti olması ilə baş vermiş bütün hadisələrlə bağlı iş açmış Federal Polisin araşdırmaları mərkəzindədirlər.

Braziliyanın sabiq prezidenti Jair Bolsonarunun ardıcılları kütləvi şəkildə səfərbər olublar və bu, ölkədə toqquşmalara, iğtişaşlara və həbslərə səbəb olub. Saxlanılanlardan ifadələr alınarkən bəziləri bu çevriliş cəhdlərini maliyyələşdirən şəxslər arasında Neymarın bacısının da olduğunu etiraf ediblər.

Rivaldo isə bu səylərə demək olar ki, 10 min avro bağışlamaqda ittiham edilir, amma onun hüquq müdafiəçiləri dəstəsi bunu təkzib edərək, onun “məbədə ehtiyacı olan insanlara” yalnız 380 avro yardım etdiyini qeyd edir. Rafaella Santosa gəlincə, onun hüquqşünasları nümayişlərin təşkilinə pul vəsaiti göndərmədiyini bildiriblər. Hazırda araşdırmalar davam edir.