Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abbasov FIDE reytinqində yenə irəliləyib.
Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası bu gün oktyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Nicat Abbasov yeni siahıda bir addım irəliləyib. 2679 xala malik gənc qrosmeyster 59-cu pillədən 58-ci sıraya yüksəlib.
Azərbaycanın digər şahmatçılarından Teymur Rəcəbovun mövqeyi dəyişməyib. 36 yaşlı qrossmeyster 2745 xalla 14-cü pillədə qərarlaşıb.
Milli komandamızın digər üzvü Şəhriyar Məmmədyarov (2734) isə 1 pillə geriləyərək, 17-ci sırada yer alıb.
Siyahıya son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2839) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçi Fabiano Karuana (2786), üçüncü sırada isə çinli Din Liren (2780) yer alıb.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 30-cu, Ülviyyə Fətəliyeva (2393) 56-cı, Gövhər Beydullayeva (2383) 66-cı, Gülnar Məmmədova (2346) isə 100-cü sırada qərarlaşıb.
Xanım şahmatçıların reytinqində birinci yer Xou İfana (Çin, 2628) aiddir. Çinin digər təmsilçisi Yu Vençjun (2560) ikinci yerdədir. İlk üçlüyü FIDE adından çıxış edən Bakıdakı Dünya Kubokunun qalibi Aleksandra Qoryaçkina qapayır.