Niderland – Azərbaycan matçının hakimləri bəlli oldu

Futzal üzrə dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində keçiriləcək Niderland – Azərbaycan oyununa təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, dekabrın 20-də Niderlandda baş tutacaq bu oyunu Litvadan olan hakimlər briqadası idarə edəcək.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Meydanda ədaləti Dominikas Norkus, Mantas Pomeçkis və İrmantas Kapraşovas qorumağa çalışacaqlar. “Timekeeper” isə niderlandlı Joern Te Kloeze olacaq.

Niderland – Azərbaycan görüşü dekabrın 20-də Almere şəhərində keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Millimiz dekabrın 15-də isə Rumıniya yığmasını qəbul edəcək.

Xatırladaq ki, elit mərhələdə 4 turdan sonra cəmi 3 xalı olan Azərbaycan yığması hazırda qrup üçüncüsüdür. Qazaxıstan yığması 12 xalla birinci, Rumıniya millisi isə 7 xalla ikincidir. Cəmi 1 xalı olan Niderland yığması da sonuncu pillədə qərarlaşıb.

DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu
20 dekabr

Niderland – Azərbaycan
Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (Litva).
Timekeeper: Joern Te Kloeze (Niderland)
Almere. “Topsportcentrum Almere”. Saat 21:30.