Niderland – İtaliya matçının ən yaxşısı bəlli oldu

UEFA Millətlər Liqasının Niderland və İtaliya arasında keçirilmiş üçüncü yer uğrunda oyununun ən yaxşı oyunçusu elan edilib.

Arena.az xəbər verir ki, bu ada italyan müdafiəçi Federiko Dimarko layiq görülüb.

Dimarko 74 dəqiqə meydanda mübarizə aparıb və 6-cı dəqiqədə oyunun ilk qolunu vurub. 20-ci dəqiqədə müdafiəçi Davide Frattezi italyanların üstünlüyünü artırıb. 68-ci dəqiqədə holland yarımmüdafiəçi Stiven Berqveyn hesab arasındakı fərqi azaltsa da, 72-ci dəqiqədə Federiko Kyeza fərqi yenidən iki topa çatdırıb.

82-ci dəqiqədə Vaut Veqorstun qolu VAR müdaxiləsi ilə ləğv edilib. 89-cu dəqiqədə Jorjinyo Veynaldum hollandları ümidləndirən qola imza atıb. Oyunun son dəqiqələrində rəqibin həmləsinə tab gətirmiş İtaliya yığması 3:2 hesablı qələbə ilə tarixində ikinci dəfə UEFA Millətlər Liqasının bürünc mükafatını qazanıb.

Federiko Dimarkonun 74 dəqiqə ərzində göstərdiyi oyun, meydanda faydalı fəaliyyəti onun oyunun ən yaxşısı seçilməsi üçün kifayət edib.

Xatırladaq ki, daha əvvəl, 2021 UEFA Millətlər Liqasının “bürüncü” uğrunda oyunda İtaliya yığması Belçika yığmasını məğlub etmişdi.