Futbol üzrə Niderland Super Kubokunun qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici matç son çempion “Ayaks”la kubokun qalibi PSV arasında baş tutub.
Amsterdamda “Yohan Kroyff Arena”da baş tutan qarşılaşmada qapılara 8 qol vurulub. Rəqibini 5:3 hesabıyla məğlub edən PSV Super Kubokun qalibi olub.
Beləliklə, PSV ardıcıl ikinci, bütövlükdə isə 13-cü dəfə Niderland Super Kubokunun qalibi olub. Bu baxımdan rekord məhz Eyndhoven təmsilçisinə məxsusdur. “Ayaks” isə 9 dəfə Super Kubok qazanıb və ikinci pillədə qərarlaşıb.