Almaniyanın “Borussiya” (Dortmund) komandasının baş məşqçisi Niko Kovaç Bundesliqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı xorvatiyalı mütəxəssisin yeni sözləşməsi 2029-cu il iyunun 30-dək qüvvədə olacaq.
Xatırladaq ki, Niko Kovaç 2025-ci ildə “Borussiya”nın sükanı arxasına keçib. O, əvvəlcə 1,5 illik müqavilə imzalamışdı.
Mütəxəssis məşqçilik karyerası ərzində “Zalsburq”, Xorvatiya millisi, Frankfurt “Ayntraxt”ı, “Bayern”, “Monako” və “Volfsburq”da çalışıb. Kovaç “Ayntraxt”la Almaniya Kubokunu, “Bayern”lə isə Almaniya çempionluğunu, Almaniya Kubokunu və Almaniya Super Kubokunu qazanıb.
Futbolçu kimi də uğurlar əldə etmiş Kovaç 2001-ci ildə “Bayern”lə Qitələrarası Kubokun, 2003-cü ildə isə Almaniya çempionluğunun qalibi olub.


