Futbol üzrə İtaliya milli komandasının da üzvü olan gənc mərkəz yarımmüdafiəçisi Nikkolo Pizilli “Roma” ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
20 yaşlı futbolçu ilə imzalanmış yeni müqavilənin müddəti 2029-cu ilin 30 iyununadək nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti 2026-cı ilin 30 iyununda bitəcəkdi.
Xatırladaq ki, Nikkolo Pizilli “Roma”nın öz yetirməsidir. 20 yaşlı futbolçu 2024-cü ildən paytaxt klubunun əsas komandasında çıxış edir. O, indiyə qədər “canavarlar”ın heyətində 35 matça çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Pizilli 2024-cü ilin oktyabrında əsas millidə də debüt edib və hələlik 1 oyun keçirib.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.



