Niko Kovaç “Monako”dan istefaya göndərildi

Fransanın “Monako” komandasının baş məşqçisi Niko Kovaç istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

50 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. İstefaya komandanın cari mövsümdəki qeyri-sabit çıxışı səbəb olub.

Niko Kovaç 2020-ci ilin iyulundan “Monako”nu çalışdırırdı. Knyazlıq təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 74 matça çıxıb. 42 qələbə qazanan “Monako”, 16 heç-heçə edib, 16 məğlubiyyətə üzülüb.

“Monako” bu mövsüm Fransa çempionatında 19 oyuna topladığı 29 xalla 20 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.