Bilbao “Atletik”inin ispaniyalı vingeri Niko Uilyams “Barselona”nın marağı mənzərəsində “blauqrana”nın təklifini rədd etməsini əsaslandırıb.
Arena.az “Sport.es” dərgisinin DAZN şəbəkəsinə istinadı əsasında ispaniyalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Böyük klubların sizin adınızı maraq öz dairəsinə daxil etməsi həmişə xoşdur, amma mənim üçün burada olmaq istədiyim həmişə aydın idi. Bu klub üçün yaxşı bir şey etmək istəyim böyükdür.
“Barselona” ilə danışıqlar gedirmi? Bu, mənim nümayəndəmə aid olan məsələdir. Müxtəlif klublarla çoxlu yanalmalar oldu, amma ürəyim “Atletik”ə məxsusdur və mən burada qalmaq istəyirəm. Bununla belə, gələcəkdə nə baş verəcəyini heç kim bilmir”, deyə Uilyams vurğulayıb.
Niko Uilyams Bilbao “Atletik”inin futbol akademiyasının yetirməsidir. Hücumçu 2021-ci ilin iyulundan əsas komandada çıxış edir.
2023/2024-cü illər mövsümündə Uilyams Bilbao komandasının heyətində 37 oyuna çıxıb, 8 qol vurub, 19 məhsuldar ötürmə verib.
Cari mövsümdə Uilyams “Atletik” üçün 4 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Uilyamsın “Atletik”dəki karyerası ümumilikdə 126 oyun, 20 qol və 26 məhsuldar ötürmədən ibarətdir.
Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 20 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Gənc hücumçu İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
Niko Uilyamsın qənimətlər muzeyində 2023/2024-cü illər mövsümündə “Atletik”lə qazandığı İspaniya Kral Kuboku da var.
“Transfermarkt” internet portalı 22 yaşlı ispaniyalı vingerin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.