Nikola Vuynoviç “Sumqayıt”da – Rəsmi

Futbol üzrə Monteneqro yığmasının və Xorvatiyanın “Qoritsa” klubunun hücumçusu Nikola Vuynoviç bundan sonra “Sumqayıt”da çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib. Sözügedən klub son olaraq Xorvatiya “Qoritsa”sında çıxış etmiş Nikola Vuynoviçlə 1+2 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu yeni komandasında 9 nömrəli formada çıxış edəcək.

Nikola Vuynoviç peşəkar karyerasına Serbiyanın “Radniçki” klubunda balayıb. O, sonralar “Rad”, “Vilyarreal” (C və B komandaları), “Podqoritsa”, “Vozdovaç”, “Sportinq Kanzas Siti” kimi klublarda da çıxış edib. 2022-ci ildən “Qoritsa”da forma geyinən Vuynoviç, Xorvatiya klubunun heyətində 50 oyuna çıxıb, 7 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Monteneqronun U-17, U-19 və U-21 yığmalarında da oynamış Vuynoviç, 2020-ci ilin oktyabr ayında əsas millidə debüt edib. O, Monteneqro yığmasında 5 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Xatırladaq ki, “Sumqayıt” bu günə qədər Rəhim Sadıxov (“Zirə”), Fernando Medeyros (“Eqnatiya”, Albaniya) və Slavişa Radoviçin (“Sarayevo”, Bosniya və Herseqovina) də keçidini rəsmiləşdirmişdi. Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murat və Kamran Əliyev isə komandanı tərk ediblər.