“Trabzonspor”un sağ vingeri, Kot-d’İvuar yığmasının da üzvü olan Nikolas Pepe Türkiyə klubundan ayrılmağa qərar verib.
Arena.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Türkiyə Super Liqasının 2023/2024 mövsümü başa çatdıqdan sonra afrikalı yarımmüdafiəçi “Trabzonspor”la vidalaşıb. Buna futbolçunun klubla müqavilə müddətinin bitməsi səbəb olub. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər.
Nikolas Pepe “Trabzonspor”a 2023-cü ilin sentyabr ayında İngiltərənin “Arsenal” klubundan azad agent kimi gəlmişdi. Həmin vaxt onunla 1 illik müqavilə imzalanmışdı. Pepe Trabzon təmsilçisinin heyətində 23 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Pepe daha öncə “Arsenal”, “Lill”, “Anje”, “Orlean” və “Nitsa” kimi klubların da formasını geyinib.
Nikolas 2016-cl ilin noyabr ayında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 38 oyuna çıxıb. O, bu oyunlarda 10 qol və 4 məhsuldar ötürmə müəllifi olub.