“Norviç Siti” yeni futbolçu ilə gücləndi

İngiltərənin “Norviç Siti” klubu heyətinə daha bir yeni futbolçu cəlb edib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi şotlandiyalı yarımmüdafiəçi Flinn Klarkı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Piterboro Yunayted”dən transfer olunan 18 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Flinn Klark “Piterboro Yunayted”in öz yetirməsidir. Piterboroda dünyaya gələn hücumameylli futbolçu 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. O, həm də Şotlandiyanın gənclərdən ibarət komandasının üzvüdür.