Noyer: “Kompani ilə biz öz inamımızı yenidən bərpa etdik”

“Bayern”in alman qapıçısı və kapitanı Manuel Noyer komandanın Vensan Kompaninin rəhbərliyi altında keyfiyyətli oyun səbəbini açıqlayıb.

Arena.az “Bild” nəşrinə istinadən, alman qapıçının bu barədə fikrini təqdim edir:

“Biz öz inamımızı yenidən bərpa etdik. Hansı komandaya qarşı oynamağımızdan asılı olmayaraq, onların nəfəs dərməsinə imkan belə, vermirik. Bu, əvvəlkindən tamamilə fərqli bir xüsusdur. “Bayern” meydanda ağalıq üslubuna nail olmaq istədiyi öz yolu ilə gedir. Kompani bu inam hissini hər bir oyunçuya aşılayır və bu, meydanda göstərir ki, bizim müştərək əlaqəmiz var. Biz komanda şəklində oynayırıq”, deyə Noyer vurğulayıb.

Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Belçikalı mütəxəssis alman mütəxəssis Tomas Tuxeli əvəzləyib. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığını qoyub.

Çalışdırdığı müddətdə Kompani Almaniya nəhəngini 7 oyuna çıxarıb və 6 qələbə qazandırıb və 1 heç-heçə edib. “Bayern”in bu oyunlarda 30 qol vurub, 6 qol buraxıb.

Almaniya Bundesliqasının 5 turundan sonra “Bayern” 13 xalla yarış cədvəlinin zirvəsində yer alıb.