NTD-nin adı dəyişdirildi – Xaçmazı təmsil edəcək

Uzun illlərdir Bakını təmsil edən, 2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasında iştirak edəcək NTD komandasının adı dəyişdirilib.

Arena.az xəbər verir ki, sözügedən komanda bundan sonra NTD-INDIGO adlanacaq.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə o da vurğulanır ki, klub artıq paytaxtı yox, Xaçmaz rayonunu təmsil edəcək. Komanda ev oyunlarını da buradakı Olimpiya İdman Kompleksində keçirəcək.

Xatırladaq ki, NTD ötən mövsüm Azərbaycan Basketbol Liqasında bürünc qazanıb.