Nuriyevlə Əhmədzadə oynadı, “Minay” səfərdən 1 xalla döndü

Futbol üzrə Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Mariupol”la qarşılaşıb. “Minay” bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Onların hər ikisi start heyətində meydana çıxıb. Anatoli sonadək mübarizə aparıbsa, Rüstəm isə 67-ci dəqiqədə əvəzlənib.

“Minay” 19 turdan sonra 14 xalla 14 kollektiv arasında 12-ci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.

Qeyd edək ki, Rüstəm bu mövsüm 12 oyunda meydana çıxıbsa, Anatoli 17 matçda forma geyinib və 8 qola imza atıb.

Sonda onu da bildirək ki, Nuriyev Azərbaycan yığmasının bir neçə gün öncə başlayan təlim-məşq toplanışına da dəvət alıb. O, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya, Qətər və Serbiya yığmaları ilə görüşlərdə ilk dəfə millimizin formsını geyinə biləcək.