Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Litva çempionatının 7-ci turu çərçivəsində baş tutan “Panevejis”lə matçın iştirakçısı olub.
“Yonava” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası üç qolun qeydə alındığı qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:2.
Nurlan Novruzov bu matça start heyətdə çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
“Yonava” 7 turdan sonra 1 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.


