Nurlan Novruzov 90 dəqiqə oynadı, komandası kubokla vidalaşdı

Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Litva kubokunun 1/16 final mərhələsi çərçivəsində baş tutan “Klaypedos FM” ilə matçın iştirakçısı olub.

“Yonava” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası meydanı məğlubiyyətlə tərk edib – 0:3. Beləcə, “Yonava” üçün kubok mübarizəsi erkən başa çatıb.

Nurlan Novruzov bu matça start heyətdə çıxıb və sonadək mübarizə aparıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: