Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Litva çempionatının 9-cu turu çərçivəsində baş tutan “Ekranas” ilə matçın iştirakçısı olub.
“Yonava” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası beş qolun qeydə alındığı qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:4.
Nurlan Novruzov bu matça start heyətdə çıxıb və sonadək mübarizə aparıb. O, məhsuldar bir göstərici ilə yadda qalmayıb.
Mövsümə çox uğursuz başlamış “Yonava” əvvəlki oyunlarından yalnız birində qələbə qazanıb, birində də heç-heçə edib. Qalan yeddi qarşılaşma isə məğlubiyyətlə başa çatıb.
“Yonava” 9 turdan sonra 4 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.