Nurlan Novruzov rəsmən Litva klubunda!

Azərbaycanın U-19 və U-21 yığmalarının sabiq hücumçusu, “Bakı”nın yetirməsi olan Nurlan Novruzov özünə yeni klub tapıb. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu bundan sonra karyerasını Litvada davam etdirəcək.

O, bu ölkənin “Yonava” klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Nurlan Novruzov son olaraq Nepalın “Maçindra” klubunun formasını geyinib. Bir ildən çox idi klubsuz qalan Nurlanın Litva təmsilçisində necə təsir bağışlayacağı maraq doğurur. O, yetirməsi olduğu “Bakı”dan başqa, Azərbaycanda “Zirə”, “Sumqayıt”, “Səbail” klubların da uğurları üçün çalışıb. Hücumçu Nepalın “Lalitpur”, Estoniyanın “Narva Trans”, Moldovanın “Dinamo-Avto”, Türkiyənin “Şanlıurfa” və “Dersim 62 Spor” klublarında da forma geyinib.

Sonda onu da qeyd edək ki, Litvada 2023-cü il mövsümü yeni start götürüb. Nurlanın komandası 5 turdan sonra xal toplaya bilməyib. Bütün oyunlarında məğlub olmuş “Yonava”, 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: