“Nyukasl” Premyer Liqa tarixinin ən gec qələbə qolunu vurdu

İngiltərə Premyer Liqasının 21-ci turunun “Lids”lə ev oyunu “Nyukasl” və bu komandanın futbolçusu Harvi Barns üçün əlamətdar olub.

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

Belə ki, Harvi Barnsın İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 21-ci turu çərçivəsində keçirilmiş “Lids”lə oyunun 102-ci dəqiqəsində (101:48) vurduğu qol məlumatlar saxlanılmağa başlandığından (2006/2007-ci illər mövsümü) Premyer Liqa tarixində ən gec vurulmuş qələbə qolu olub.

Qeyd edək ki, “Nyukasl” “Lids”lə oyundan 4:3 hesablı qələbə ilə ayrılıb. Bu komanda hazırda 32 xala malikdir və İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı pillədə qərarlaşıb. “Lids” isə 22 xalla 16-cı yerdədir.

“Sağsağanlar” İngiltərə Premyer Liqasının növbəti turunda “Vulverhempton”la üz-üzə gələcək. Bu qarşılaşma yanvarın 18-də keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: