Okan Təhməzli “Şamaxı”da!

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı mərkəz yarımmüdafiəçisi Okan Təhməzli bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Şamaxı”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, “Şamaxı” yeni mövsümün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Bölgə təmsilçisi “Qəbələ” klubundan Okan Təhməzlini transfer edib. 21 yaşlı yarımmüdafiəçi növbəti iki mövsümü “Şamaxı”da keçirəcək. Belə ki, tərəflər 2 illik müqaviləyə imza atıblar.

Okan Təhməzli “Qəbələ”nin yetirməsidir. O, “Cəbrayıl” və “Zaqatala” kimi klublarda da çıxış edib.

“Şamaxı” daha öncə Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı və Ceyhun Bağırzadəni də heyətinə qatmışdı. Abdulla Seydəhmədov və Həbib İsmayılov isə yeni müqaviləyə imza atıb. Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau da komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: