“Old Trafford”un yenidənqurması neçəyə başa gələcək? – Məbləğ

Britaniyalı milyarder Jim Retkliff “qırmızı şeytanlar”ın doğma arenası olan “Old Trafford”u yenidən qurulmağı planlaşdırır.

Arena.az bu barədə “Telegraph Football” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, stadionun tamaşaçı tutumunun artırılması Retklifə 800 milyon funt-sterlinq (932 milyon avro) məbləğində başa gələcək. Eyni zamanda, planlaşdırılan bütün işlərin dəyəri 1,5 milyard funt-sterlinqdən (1,747 milyard avro) 2 milyard funt-sterlinqə (2,330 milyard avro) qədər ola bilər.

Xatırladaq ki, daha əvvəl INEOS şirkətinin rəhbəri Jim Retkliff “Mançester Yunayted”in 25% səhm payını Qleyzer ailəsindən alıb. Britaniyalı milyarder “Mançester Yunyted” infrastrukturunun müasirləşdirilməsi üçün 300 milyon dollar (280 milyon avro) ayırmağa hazır olduğunu bildirib. Həmçinin Retklifin “Old Trafford”un tamaşaçı tutumunu 90 min nəfərə qədər artırmaq niyyətində olması haqda məlumat var. Hazırda “Old Trafford”un tutumu 74,3 min nəfərdir.