“Olimpiakos” 47-ci dəfə Yunanıstan çempionu oldu

Olimpiakos” növbəti dəfə futbol üzrə Yunanıstan çempionatının qalibi olub. Arena.az xəbər verir ki, sözügedən komanda ötən gecə 30-cu turdan təxirə salınmış oyunda PAOK-a səfərdə 2:1 hesabı ilə qalib gəlib.

Bununla da Pirey təmsilçisi sona dörd tur qalmış əsas izləyicisi olan PAOK üçün əlçatmaza çevrilib. 32 turdan sonra aktivində 76 xalı olan lider ən yaxın izləyicisi olan Saloniki klubunu 16 xal qabaqlayır.

Bununla da “Olimpiakos” ardıcıl 3-cü, ümumilikdə isə 47-ci dəfə Yunanıstan çempionu olub. Sözügedən kollektiv Yunanıstanın ən titullu klubudur. Bu baxımdan “Olimpiakos”un əzəli rəqibi olan “Panatinaikos”un cəmi 20 çempionluğu var. Üçüncü pillədə 12 çempionluğu olan AEK qərarlaşıb.