Futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Olimpik” (Marsel) – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, UEFA bu oyunu Monteneqrodan olan hakimlər briqadasına həvalə edib.
Qarşılaşmanı baş hakimi Nikola Dabanoviç olacaq. Ona yan xətt hakimləri Milovan Cukiç və Vladan Todoroviç kömək edəcək. Dördüncü hakim funksiyasını isə Miloş Boşkoviç yerinə yetirəcək.
Referilərin işinə hakim-inspektor Haim Jakov (İsrail) qiymət verəcək. Belçikalı Fernand Meese UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcəksə, Hakimlərlə Əlaqələr üzrə mütəxəssis fransalı Sofien Benşaban olacaq.
Fevralın 17-də “Velodrom” stadionunda keçiriləcək “Olimpik” (Marsel) – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Cavab qarşılaşması isə ayın 24-də Bakıda baş tutacaq.


