Olimpiya Təsnifat Turnirində boksçularımızın rəqibləri bəlli olub

İtaliyanın Busto Arsizio şəhərində ilk dəfə keçiriləcək boks üzrə Dünya Olimpiya Təsnifat Turnirinin püşkü atılıb.

Arena.az xəbər verir ki, püşkə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.

Bu gün start götürəcək yarışın birinci günündə yığmamızın heyətində Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulacaq. İkiqat Avropa çempionumuz Deepak Deepakı (Hindistan) sınağa çəkəcək.

Martın 12-dək “E-Work Arena”da təşkil olunacaq yarışda 113 ölkədən 602 boksçu Paris-2024 Yay Olimpiya Oyunlarına 49 (28 kişi, 21 qadın) lisenziya uğrunda gücünü yoxlayacaq. Kişi idmançılarda 7, qadınlarda 4 çəki dərəcəsində yarımfinalçılar Fransa paytaxtına vəsiqə əldə edəcək. Qadın boksçularda 57 kq-da finalçılar, 60 kq-da isə ilk 3 yerin sahibi Olimpiadada iştirakını rəsmiləşdirəcək.

Dünya Olimpiya Təsnifat Turniri

1/32 final
3 mart
Nicat Hüseynov (51 kq) – Deepak Deepak (Hindistan)

4 mart
Ümid Rüstəmov (57 kq) – Navvaf Alzahmi (BƏƏ)
Zeynəb Rəhimova (54 kq) – Fatma Zohra Hadjala (Əlcəzair)

5 mart
Tayfur Əliyev (63,5 kq) – Matias Amaya Lusiano (Argentina)
Sərxan Əliyev (71 kq) – Elabidine Amrouq Zine (Mərakeş)

6 mart
Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail)
Şəhla Allahverdiyeva (66 kq) – Nqoc Mai Hoanq (Vyetnam)

1/16 final
7 mart
Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) – Preedakamon Tintabthhai (Tailand)

8 mart
Marjona Savriyeva (50 kq) – Meylin Çala Susan (Ekvador)

Xatırladaq ki, boks yığmamızın heyətində artıq Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıblar.