“Bayern”dən qovulan Oliver Kan bildirib ki, klub ona komandanın futbolçuları ilə Bundesliqa çempionluğunu bayram etməyi qadağan edib.
Arena.az xəbər verir ki, bu haqda Oliver Kan “Twitter” hesabında yazıb:
“İnanılmazdır! Uşaqları təbrik edirəm! Axı mən deyirdim, həmişə bütün gücünü sona qədər verməlisən və heç zaman təslim olmamalısan! Mən sizinlə və qazandığınızla inanılmaz dərəcədə fəxr edirəm! Mən sizinlə bayram etmək istərdim, ancaq təəssüf ki, bu gün yanınızda ola bilmirəm. Çünki klub mənə bunu qadağan edib. Səbirsizliklə növbəti mövsümü gözləyirəm. O mövsümdə biz nəinki Almaniya çempionatını 12-ci dəfə ardıcıl qazanacağıq! İndi isə gəlin, bayram edək!”
Xatırladaq ki, “Bayern” çempionluğu qazandıqdan dəqiqələr sonra Oliver Kanı klubun baş direktoru vəzifəsindən azad etdiyini rəsmən elan etmişdi. Kanla yanaşı, klubun idman direktoru Hasan Salihamiciçin də xidmətindən imtina edilib.
Yeri gəlmişkən, “Bayern”in sabiq idman direktoru Hasan Salihamiciç xatırladıb ki, Tomas Tuxelin rəhbərlik etdiyi kollektivin Bundesliqanı qazanması komandanın sabiq baş məşqçisi Yulian Nagelsmanla birbaşa əlaqədardır: “Bu titul həmçinin Yulian Nagelsmana məxsusdur. O da bu qələbəyə qol qoyub. Mən istəyirəm o, bilsin ki, biz onu yüksək qiymətləndiririk. Mənə Yuliandan ayrılmaq hər şeydən çətin idi. O, doğrudan da yaxşı oğlandır və bütün ürəkdən qələbəmizi bayram etməyə dəvət edilib”.
Xatırladırıq ki, Yulian Nagelsman “Bayern”in baş məşqçi vəzifəsindən martın sonunda uzaqlaşdırılıb. Əvəzinə Dortmund “Borussiya”sının sabiq məşqçisi Tomas Tuxel bu posta təyinat alıb.“Bayern”in sabiq baş direktoru Oliver Kan bildirib ki, klub ona komandanın futbolçuları ilə Bundesliqa çempionluğunu bayram etməyə qadağa