Alman futbolunun əfsanəsi Oliver Kan Fransanın müflis olaraq aşağı diviziona düşürülmüş “Bordo” klubunu satın almaq istəyir.
Arena.az “Bild” nəşrinə istinadən məlumat verir ki, ötənlərin məşhur qapıçısı Kan bu məsələ ilə bağlı danışıqlar apardığı təsdiqləyib:
“Bordo”nun mümkün satın alınması ilə bağlı danışıqlar ilkin mərhələdədir. İndiki vaxtda, deyiləcək başqa sözüm yoxdur”, deyə Oliver Kan vurğulayıb.
Vaxtilə Fransanın avrokuboklarda mütəmadi iştirak edən ən iddialı klublarından biri olan “Bordo” indi həvəskarlar liqasında – Nasyonal 2-dəçıxış edir. Bu isə 1881-ci ildə təsis edilmiş, Fransanın ən adlı-sanlı klublarından birinin böyük futbolda öz mövcudluğunu başa vurması deməkdir.
“Bordo”nun qənimətlər muzeyində 6 Fransa çepionluğu, 1 Liqa 2 çempionluğu, 4 Fransa Kuboku, 3 Fransa Liqa Kuboku, 3 Fransa Super Kuboku, 2 Alp Kuboku, Latın Kuboku və UEFA İntertoto Kuboku (1995) var. 1996-cı ildə isə “jirondistlər” UEFA Kubokunun finalçısı olublar.