“Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner İngiltərə Kubokunun finalında “Mançester Siti” üzərində 1:0 hesablı qələbəni şərh edib.
Arena.az BBC-yə istinadən, 50 yaşlı avstriyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bizə çoxlu müdafiə olunmaq gərək oldu, amma biz vahid surətdə idik, bütün məsələ səbrdədir. Bizə səbrli olmaq gərək oldu, biz müdafiə olunur və hücum üçün məqam gözləyirdik.
“Mançester Siti”dən alınmş 2:5 hesablı məğlubiyyətdən sonra “Kristal Pelas” bu dərsdən nəticə çıxarmışdı. Adətən biz daha çox hücum edirik, amma bu gün biz fürsətimizi gözləyirdik. Bizə, dörd hücümameylli oyunçuya qarşı müdafiə olunmaq çox çətin idi, amma biz əla bir qol vurduq.
Mən bazar gününə təyin edilmiş məşqi artıq ləğv etmişəm, oyunçularım bazar ertəsi də məşq etmək istəmirlər. Onlara xüsusi minnətdarlıq düşür: onlar mənə və mənim qərargahıma inamlarını itirmirdilər”, deyə Oliver Qlasner məmnunluqla vurğulayıb.
Əlavə edək ki, “qartallar” “Kristal Pelas” tarixində ilk böyük qəniməti qazanıblar. Nəticədə “Kristal Pelas” 2025-ci il İngiltərə Super Kubokunun final oyununda oynamaq imkanı əldə edib. “Qartallar” burada İngiltərə nəhəngi “Liverpul”la qarşılaşacaqlar. “Kristal Pelas” həmçinin Avropa Liqasında iştirak hüququ qazanıb.