Frankfurt “Ayntraxt”ının misirli hücumçusu Ömər Marmuş Avropanın aparıcı klublarının maraq dairəsində olmasına münasibətini açıqlayıb.
Arena.az xatırladır ki, misirli ulduz “Bayern” başda olmaqla Avropanın bir sıra yüksək səviyyəli klublarının maraq dairəsindədir.
“Əlbəttə, bunu keçərkən görürsən. Haqqımda danışılması mənim üçün böyük şərəfdir. Bu, o deməkdir ki, mən yaxşı işləyirəm. Amma gündəlik həyatda mən bu barədə düşünmürəm. Mənim diqqətim yalnız Frankfurt “Ayntraxt”ına və burada uğur qazanmağa yönəlib.
Məni daha çox hansı liqa və hansı klub cəlb edir? Ətrafda həmişə çoxlu ehtikarlıq baş verir. Bununla belə, mənim konkret arzum yoxdur”, – “Bayern & Germany” dərgisi Marmuşdan sitat gətirir.
Mərkəz hücumçusu Ömər Marmuş Misirin “Vadi Deqla” klubunun yetirməsidir. Misirli futbolçu daha əvvəl “Volfsburq”, “Sankt-Pauli” və “Ştutqart”da çıxış edib. Marmuş “Ayntraxt”a 2023-cü ilin iyul ayında “Volfsburq”dan azad agent qismində qoşulub. Marmuşun Frankfurt klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Marmuş cari mövsümdə “Ayntraxt”ın heyətində 24 oyuna çıxıb, 18 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.
Marmuşun Frankfurt klubunda çıxışının ümumi mənzərəsi 65 oyun, 35 qol, 18 məhsuldar ötürməsən ibarətdir.
Ömər Marmuş 2021-ci ilin oktyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 35 oyuna çıxıb, 6 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı misirli mərkəz hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.



