“Mançester Siti”nin misirli mərkəz hücumçusu Ömər Marmuş İngiltərə Premyer Liqası ilə Almaniya Bundesliqasını müqayisə edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, misirli futbolçunun müvafiq qənaətini təqdim edir:
“Tezlik səviyyəsində fərq çox böyükdür, həmçinin futbolçuların keyfiyyətində. İngiltərə Premyer Liqası əbəs yerə dünyanın ən yaxşı liqası deyil. Bütün komandalar çox, çox yaxşıdırlar. Bütün komandalar bir-birilərinii məğlub etməyə qadirdirlər”, deyə Marmuş vurğulayıb.
Ömər Marmuşun Frankfurt “Ayntraxt”ından “Mançester Siti”yə tamhüquqlu əsasda keçidi “şəhərlilər”ə 75 milyon avro məbləğ müqabilində başa gəlib. Misirli futbolçu İngiltərə klubu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Mərkəz hücumçusu olan Ömər Misirin “Vadi Deqla” klubunun yetirməsidir. Misirli futbolçu daha əvvəl “Volfsburq”, “Sankt Pauli”, “Ştutqart” və Frankfurt “Ayntraxt”ında çıxış edib.
Marmuş cari mövsümün birinci yarısında “Ayntraxt”ın heyətində 26 oyuna çıxıb, 20 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.
Marmuşun Frankfurt klubunda çıxışının ümumi mənzərəsi 67 oyun, 37 qol, 20 məhsuldar ötürməsən ibarətdir.
“Mançester Siti” üçü isə Marmuş 12 oyuna 6 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Ömər Marmuş 2021-ci ilin oktyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 37 oyuna çıxıb, 6 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 26 yaşlı misirli mərkəz hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.