Omar Hani “Qəbələ”də qaldı – Rəsmi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Qəbələ” yarımmüdafiəçisi Omar Hani ilə bağlı qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, əyalət təmsilçisi İordaniyadan olan futbolçusu ilə yeni müqavilə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Omar Hani 2021-ci ilin avqustunda Kirpin APOEL klubundan ayrılaraq “Qəbələ” ilə müqavilə bağlamışdı. O, əyalət təmsilçisində indiyə qədər 65 oyuna çıxıb, 4 qol və 3 assistlə yadda qalıb. Yarımmüdafiəçi daha öncə yalnız “Olimpiakos” (Nikosiya) və APOEL (Nikosiya) komandalarında forma geyinib. Futbolçu İordaniya millisində də 2 oyun keçirib.

“Qəbələ” Omar Hanidən öncə İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov və Kristof Atanqana ilə də yeni müqavilə bağlandığını açıqlamışdı. “Kəpəz”dən ayrılan Ahmed Ayzayanı transfer edən əyalət klubunda Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi və Ruan Renato ilə də yollar ayrılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: