İyunun 2-də Minskdə Belarus və Azərbaycanın futbol üzrə milli komandaları arasında yoxlama oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, bundan bir gün öncə isə hər iki komandanın baş məşqçilərinin mətbuat konfransı və mətbuat üçün açıq məşqi baş tutacaq.
Sabah saat 17:00-da Belarus milli komandasının baş məşqçisi Georgi Kondratyevin mətbuat konfransı başlayacaq. Saat 17:30-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq baş tutacaq.
Saat 18:30-da Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin mətbuat konfransına start veriləcək. Saat 19:00-da da millimizin mətbuat üçün açıq məşqi başlayacaq.
Qeyd edək ki, tədbirlərin saatı yerli vaxtla göstərilib.
İyunun 2-də keçiriləcək Belarus – Azərbaycan matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.