Orxan Hüseynzadə PSV – “Jirona” matçına təyinat aldı

AFFA-nın keçmiş əməkdaşı, “Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə növbəti beynəlxalq oyuna təyinat alıb.

Arena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 4-cü turunun PSV (Niderland) – “Jirona” (İspaniya) görüşündə UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.

Bu qarşılaşma Eyndhoven şəhərində yerləşən PSV stadionunda keçiriləcək. Noyabrın 5-də baş tutacaq PSV – “Jirona” matçına Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub. O, 2004-cü ildə AFFA Beynəlxalq Əlaqələr Şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2004-2005-ci illərdə “Olimpik” FK-nın baş direktoru, 2006-2007-ci illərdə isə “Standard” FK-nın vitse-prezidenti vəzifəsində çalışıb. Hüseynzadə 2007-2011-ci illərdə AFFA Beynəlxalq Əlaqələr şöbəsinin direktoru vəzifəsində işləyib.