Orxan Məmmədov hakimlik karyerasını bitirir

Bəynəlxalq dərəcəli futbol hakimi Orxan Məmmədov karyerasını bitirir.

Arena.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 20-ci turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasında sonuncu dəfə də baş hakim kimi meydana çıxacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məmmədov bundan sonrakı karyerasını həvəskar və qadın hakimlərin təlimatçısı kimi davam etdirməyə qərar verib.

O, imtahanları uğurla verəcəyi təqdirdə 2021/22 mövsümündən hakim-inspektor kimi Premyer Liqa oyunlarına təyinat alacaq.

Qeyd edək ki, Orxan Məmmədov 2005-ci ildən hakimlik karyerasına başlamışdı. Sabiq FİFA referisi 2008-2010-cu illərdə hakim köməkçisi, 2015-2017-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.