“Zirə” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Xorvatiya klubu “Osiyek”lə qarşılaşacaq.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı ilk görüş Osiyekdə baş tutacaq.
Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq. Belə olan halda cütün taleyini bir həftə sonra Bakıda keçiriləcək cavab görüşündə həll etmək mümkün olacaq.
Komandalar arasındakı cavab görüşü avqustun 15-də Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
8 avqust
22:00. “Osiyek” – “Zirə”
Hakimlər: Aristotelis Diamantopulos, Konstantinos Psarris, Konstantinos Triantafillou, Konstantinos Perrakis (hamısı Yunanıstan).
VAR hakimləri: Stefanos Koymparakis, Spiridon Zampalas
(hər ikisi Yunanıstan).
Osiyek. “Opus Arena”.
Osiyek: 1. Nikola Çalvina, 36. Nail Ömeroviç, 26. Luka Yeleniç, 5. Styopa Mkrtçyan, 22. Roko Yurişiç, 66. Petar Pusic, 6. Darko Neyaşmiç, 7. Verdan Yuqoviç (k), 39. Domaqoy Bukviç, 9. Kemal Ademi, 34. Anton Matkoviç
Ehtiyat oyunçular: 15. Tin Sayko, 31. Marko Malenika, 3. Andre Duarte, 4. Kreşimir Vrbanaç, 10. Pedro Lima, 11. Risenio Keval, 14. Marko Soldo, 18. Niko Farkaş, 45. İvan Bariç, 49. İvano Kolarik, 55. İvan Kviyanoviç, 98. Şimun Mikolçiç.
Baş məşqçi: Federiko Koppitelli.
Zirə: 97. Tyaqo Silva, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi, 4. Ruan Renato, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 18. Martins Junior, 90. Davit Volkov, 29. Ceyhun Nuriyev, 11. Rüstəm Əhmədzadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 5. Stefan Akka, 6. Eldar Quliyev, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 15. Pyer Zebli, 16. Fuad Bayramov, 23. Rafael Utziq.
Baş məşqçi: Rəşad Sadıqov.


