Oskar Qarsiya “Reyms”dən qovuldu

Fransanın “Reyms” klubu baş məşqçi Oskar Qarsiya ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniyadan olan 49 yaşlı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib. Buna komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.

“Reyms” bu mövsüm Liqa 1-də keçirdiyi 10 oyunda cəmi 1 qələbə qazana bilib. Sözügedən komanda 8 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Oskar Qarsiya 2021-ci ilin iyunundan bu komandaya rəhbərlik edirdi. O, Fransa təmsilçisini bütövlükdə 50 matça çıxarıb. Bu matçlarda 14 qələbə qazanmış “Reyms”, 18 heç-heçə edib, 18 oyunda da məğlubiyyətə üzülüb.