Polşalı futbol mütəxəssisi Oyqen Polanski Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasının baş məşqçisi təyin edilib.
Arena.az bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Polşalı mütəxəssislə 2028-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb.
Xatırladaq ki, Polanski 2025-ci ilin oktyabr ayının 15-dən bəri “Borussiya”nın müvəqqəti baş məşqçisi vəzifəsini icra edirdi. O, Herardo Seoanenin istefaya göndərilməsindən sonra komandanın “sükanı arxası”na keçmişdi. “Borussiya” 39 yaşlı mütəxəssisin rəhbərliyi altında 8 matçda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə məğlub olub.
Mönhenqladbax “Borussiya”sı Bundesliqada 10 turdan sonra 9 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Oyqen Polanski daha öncə İsveçrənin “Sankt Qallen” komandasının və Mönhenqladbax “Borussiya”sının ikinci komandasının da baş məşqçisi olub.


