Ozan Can Kökçü “Kambur”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 17-ci turu çərçivəsində baş tutan “Kambur” komandası ilə oyunun iştirakçısı olub.

“Eyndhoven” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 3 qol vurmuş millimizin üzvü bu dəfə fərqlənə bilməyib.

“Eyndhoven” cari mövsümdə qazandığı 23 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 56 oyuna çıxıb, 10 qola imza atıb.