Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandda klubunu dəyişib. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu “Telstar”dan ayrılıb.
O, bundan sonra Erstedivizionun digər təmsilçisi “Eyndhoven”in uğurları üçün çalışacaq. Bu barədə futbolçunun yeni klubu məlumat yayıb. Millimizin üzvü yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Ozan Can Kökçü “Telstar”a 2021-ci ilin əvvəlində “Sabah”dan transfer olunmuşdu. O, daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının da uğurları üçün çalışıb. Yarımmüdafiəçi Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.
