Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçunun komandası Niderland Birinci Divizionunun 37-ci turu çərçivəsində “Helmond”la üz-üzə gəlib.
Sözügedən kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.
Ozan Can Kökçü bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 6 qol vurmuş millimizin üzvü matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Eyndhoven” cari mövsümdə keçirdiyi 37 oyuna 57 xal toplayıb və 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.