Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun komandası Avropa Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində “Panatinaiakos”la ilə üz-üzə gəlib.
Helsinki təmsilçisi səfərdə baş tutan bu oyunda Yunanıstan klubuna 0:1 hesablı məğlubiyyətlə ayrılıb.
Ozan bu görüşə start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib.
HJK 4 oyuna topladığı 3 xalla Konfrans Liqasının Liqa mərhələsinin yarış cədvəlində 31-ci sırada qərarlaşıb. Finlandiya təmsilçisini növbəti turda “Molde” (Norveç) ilə qarşılaşma gözləyir. Bu oyun dekabrın 12-də Finlandiyada keçiriləcək.
Əvvəlki iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bu il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində 17 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 11 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.